Şirvanda KÜTLƏVİ HƏBSLƏR:  72 nəfər... - VİDEO
01 dekabr 2022 17:28 (UTC +04:00)

Şirvanda KÜTLƏVİ HƏBSLƏR: 72 nəfər... - VİDEO

Şirvan şəhərində silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, xuliqanlıq cinayətləri edən ümumilikdə 72 nəfər saxlanılıb. Həmin şəxslərdən 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 34-ü barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 2 kiloqrama yaxın marixuana, 1 kiloqram 300 qramdan artıq heroin, müxtəlif çəkidə psixotrop maddə olan metamfetamin, tiryək, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.

Qeyd edilən dövr ərzində keçirilən əməliyyatlar zamanı evlərdən və mağazalardan oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi barədə yalan vədlər verən və zərərçəkmişlərin 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirən 1, bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə yaxınlaşan və pullarının ələ keçirən 1, soyğunçuluq və xuliqanlıq edən 3, hədə-qorxu ilə pul tələb edən 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

# 3333
avatar

Oxşar yazılar

Pişik meymunu övladlığa GÖTÜRDÜ -  VİDEO

Pişik meymunu övladlığa GÖTÜRDÜ - VİDEO

8 fevral 2023 , 19:46
Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI

Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI

8 fevral 2023 , 15:12
Zaqatalada mağazada telefon partladı - ANBAAN VİDEO

Zaqatalada mağazada telefon partladı - ANBAAN VİDEO

8 fevral 2023 , 12:09
Balaəli "Range Rover"lə  avtobusun qabağını kəsdi: Yol polisi OD PÜSKÜRDÜ

Balaəli "Range Rover"lə avtobusun qabağını kəsdi: Yol polisi OD PÜSKÜRDÜ

8 fevral 2023 , 11:26
Türkiyədə zəlzələdən sonra bu qəsəbəni su basdı - VİDEO

Türkiyədə zəlzələdən sonra bu qəsəbəni su basdı - VİDEO

7 fevral 2023 , 16:47
FHN-in növbəti yardım təyyarəsi Türkiyəyə yola düşdü - VİDEO

FHN-in növbəti yardım təyyarəsi Türkiyəyə yola düşdü - VİDEO

7 fevral 2023 , 15:22
Türkiyədə zəlzələnin 2-ci GÜNÜ - VİDEO

Türkiyədə zəlzələnin 2-ci GÜNÜ - VİDEO

7 fevral 2023 , 13:20
Qramı 25 manata öd daşı - Gizli biznes  -VİDEO

Qramı 25 manata öd daşı - Gizli biznes -VİDEO

7 fevral 2023 , 13:05