Uçuş təxirə salındı, aeroportu dağıtdılar - VİDEO
01 mart 2024 12:30 (UTC +04:00)

Uçuş təxirə salındı, aeroportu dağıtdılar - VİDEO

“Dana Air” şirkətinin uçuşu ləğv etməsindən narazı olan sərnişinlər Nigeriyanın Laqos şəhərindəki Murtala Muhammed hava limanında terminal infrastrukturunu dağıdıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, uçuş gözləyən bir qrup şəxs hava limanının işçilərinə hücum edib və avadanlıqları məhv edib.

Uzun müddət gözlədikdən sonra səbri tükənən sərnişinlər personala hücum edərək kompüter avadanlıqlarını dağıtmağa başlayıblar. Vəziyyət o həddə çatıb ki, asayişi bərpa etmək üçün hərbçiləri cəlb etməli olublar. Qadın və digər sərnişinlər baqajlarını almaq üçün gəliş zonasına daxil ola bilməyiblər.

Sosial şəbəkələrdə qəzəbli sərnişinlərin kassa aparatlarını dağıtmasını əks etdirən video yayılıb. Adının açıqlanmasını istəməyən hava limanının əməkdaşı davanı təsdiqləyib və ləğv edilən reysin ilkin olaraq fevralın 11-dən 12-nə təxirə salındığını deyib.

“Dana Air” rəsmi açıqlamasında reysin gecikməsini sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə izah edib. Şirkət həmçinin insidentlə əlaqədar təyin olunmuş reysini yerinə yetirə bilməyən bütün sərnişinlərə kompensasiya vəd edib.

 

# 3339
avatar

Oxşar yazılar