Oğurluq edən Nərminə Məmmədova
20 sentyabr 2021 13:10 (UTC +04:00)

Oğurluq edən Nərminə Məmmədova

Vətəndaşların DİQQƏTİNƏ! - Hicablı oğru peyda olub -VİDEO

Sumqayıtda qohum və tanışlarına məxsus 5 evdən oğurluq edən şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub. Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib. 

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bu şəxsin digər cinayətlər etdiyi istisna olunmur. Onunn qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Sumqayıtda hicablı qadın ev qarət etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8439

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09