Kimya üzrə Nobel mükafatı laureatları arasında bir nəfər indi çoxlarının diqqətini çəkir. Susumu Kitagava, Riçard Robson və Omar M. Yaqi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib. Söhbət isə birindən gedir. Aralarından Omar M. Yaqi əslən fələstinlidir.
Lent.az “Bioqrafiya” rubrikasında Omar M. Yaqi haqqında məlumat verir.
- Omar M. Yaqi kimdir?
Omar M. Yaqi — kimya sahəsində tanınmış alimdir. O, retikulyar kimyanın (molekulyar şəbəkə kimyası) banilərindən biri sayılır və 2025-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş elm adamıdır.
- Omar M. Yaqi hansı sahədə ixtisaslaşıb?
Omar M. Yaqi hazırda Yaqi ABŞ-ın Kaliforniya Universitetinin (Berkeley) professoru olaraq fəaliyyət göstərir və metal–orqanik çərçivələr (MOÇ, ing. MOF) adlanan yeni məsaməli materialların inkişaf etdirilməsində aparıcı tədqiqatçılardandır.
- Omar M. Yaqi nə zaman və harada anadan olub?
Omar M. Yaqi 1965-ci il fevralın 9-da İordaniyanın Amman şəhərində anadan olub.
- Omar M. Yaqinin ailəsi haqqında nə bilirik?
Omar M. Yaqi fələstin əsilli, çoxuşaqlı bir qaçqın ailəsində böyüyüb.
- Omar M. Yaqinin valideynləri necə insanlar olublar?
Omar M. Yaqinin atası elmə və təhsilə önəm verən biri idi və oğlunun ali təhsil alması üçün onu 15 yaşında ikən ABŞ-a göndərməyə təşviq edib.
- Omar M. Yaqinin uşaqlıq illəri necə keçib?
Omar Yaqi uşaqlıq illərini İordaniyanın Amman şəhərində, səhra iqlimli bir mühitdə keçirib.
- Omar M. Yaqi, uşaqlığında hansı maddi və sosial çətinliklərlə üzləşib?
Ailəsi bir otaqlı evdə, elektrik enerjisi olmadan yaşayıb, içməli su isə həftədə cəmi bir neçə saat verilirdi.
- Omar M. Yaqi hansı təhsili alıb?
Omar M. Yaqi ali təhsilini iki mərhələdə tamamlayıb: 1985-ci ildə Nyu-York ştatı Albany şəhərindəki SUNY Albany universitetini bitirərək kimya üzrə bakalavr diplomu alıb, 1990-cı ildə isə İllinoys Universitetinin Urban-Şampeyn kampusunda kimya üzrə fəlsəfə doktoru (Ph.D.) dərəcəsini müdafiə edib.
- Omar M. Yaqi karyerasını harada qurub?
Yaqi elmi karyerasına ABŞ-da başlayıb.
- Omar M. Yaqi, hansı universitetlərdə çalışıb?
Omar M. Yaqi 1992–1998-ci illərdə Arizona Dövlət Universitetində kimya kafedrasında assistent-professor, 1999–2006-cı illərdə Miçiqan Universitetində professor, 2007–2012-ci illərdə isə Los-Anceles Kaliforniya Universitetində (UCLA) kimya professoru kimi fəaliyyət göstərib.
- Hazırda Omar M. Yaqi, hansı vəzifədə çalışır?
Omar M. Yaqi 2012-ci ildən etibarən Kaliforniya Universiteti, Berkeley-də kimya professoru olaraq çalışır və orada James və Neeltje Tretter adına kafedranın rəhbəridir.
- Omar M. Yaqi, başqa hansı elmi qurumlarda fəaliyyət göstərib?
Yaqi Berkeley Qlobal Elm İnstitutunun təsisçi direktoru və Kavli Enerji Nanoelmləri İnstitutunun həmsədri kimi vəzifələrdə də çalışıb.
- Omar M. Yaqi Nobel mükafatına niyə layiq görülüb?
Omar M. Yaqi metal–orqanik çərçivələr (MOÇ, ing. MOF) adlanan yeni nəsil məsaməli materialların inkişaf etdirilməsi sahəsindəki qabaqcıl elmi işlərinə görə Nobel mükafatına layiq görülüb.
- MOF materiallarının əsas xüsusiyyəti nədir?
Bu materiallar hidrogen, metan və karbon qazı kimi qazların səmərəli saxlanması və filtrasiya edilməsi üçün unikal məsaməli struktura malikdir.
- Omar M. Yaqi, bu materialların inkişafında nə kimi yeniliklər edib?
Yaqi və həmkarları 1995-ci ildə ilk MOF strukturunu sintez etməyə müvəffəq olublar və bu sahədə minlərlə yeni strukturların yaranmasına təkan veriblər.
- Omar M. Yaqi Nobel mükafatını kimlərlə birlikdə qazanıb?
Omar M. Yaqi bu nailiyyətlərinə görə yaponiyalı Susumu Kitagava və avstraliyalı Riçard Robson ilə birlikdə 2025-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülən üç laureatdan biri olub.