İradə İbrahimova
22 may 2024 16:22 (UTC +04:00)

İradə İbrahimova

İradə İbrahimova kimdir? - Qohumlarının "Zeynəb Xanlarovası"

Lent.az “Bioqrafiya” rubrikasında estrada müğənnisi İradə İbrahimova barədə məlumat verir.

- İradə İbrahimova nə zaman və harada anadan olub?

Əslən Ağstafa rayonundan olan İradə İbrahimova 1980-cı il aprel ayının 3-də Bakı şəhərində İbrahimovlar ailəsində 2-ci qız olaraq dünyaya göz açmışdır. İradə ailədə dünyaya göz açan 3 qızdan ortancılı oldu.

- İradə İbrahimova nə zaman oxumağa başlayıb?

Hələ uşaq vaxtlarından ailədə azdanışan, sakit təbiətli olan bu qızın hərdənbir qonşu uşaqların təşkil etdiyi "konsert proqramlarındakı" çıxışları çox təəccüblə qarşılanırdı. Balaca, zərif, mehriban və utancaq qızın əlinə mikrofona bənzər bir əşya alıb konsert verməsi utancaqlığı ilə üst-üstə düşməsə də daxili, qəlbdən gələn arzu, istək, istedad yavaş-yavaş özünü büruzə verirdi. Bu onun gələcəkdə ki karyerası haqqında ipucular idi. Qonşular onun gözəl səsinin vurğunu idilər. Hətta onun belə bir təxəllüsü də var idi -"Zeynəb Xanlarova". İradə İbrahimova əslində elə uşaq yaşlarından musiqiyə başlayıb.

- İradə İbrahimova ilk kiminlə duet oxuyub?

İradə İbrahimovanın ilk dueti müğənni Elçin Cəfərovla olub. Onlar “Adımı çağır” adlı mahnını birlikdə ifa ediblər.

- İradə İbrahimova şou-biznes aləmində kiminlə qalmaqal yaşayıb?

İradə İbrahimova ilə Günay İbrahimli arasında keçmişdə bəzi kiçik münaqişələr yaşanıb. Buna səbəb Günayın “İradə İbrahimovanın Türkiyə şou-biznesində yeri yoxdur” ifadəsi olmuşdur.

- İradə İbrahimovanın bir müddət sənətdən uzaqlaşmasına səbəb nə olub?

Müğənni dayanmadan çalışdığını və artıq hər şeydən yorulduğunu bildirərək bir müddət səhnələrdən uzaq qaldı.

Özümü tanıyandan bəri çox çalışdım. Qarnım burnumda belə səhnəyə çıxmağa can atdım və çıxdım. Nə doğum dedim, nə ölüm, dayanmaq istəmədim. Arı kimi çalışdım. Bəzən "hər yerə necə yetişirdim" dediyim və təəccübləndiyim çox oldu. Sonra bir gün gəldi yoruldum, maddi ilə məna arasında qısılıb qaldım. Maddi məni udmasın deyə, yavaşladım. Maddinin mənadan daha dəyərli olmadığını başa düşdüyüm üçün mənaya sığındım. Maddini cansız, mənanın canlı olduğunu başa düşdüm. Özümə yuxarıdan baxmaq üçün heç ayağımı əyləcə basmadan yavaşca sağa çəkib durdum. Həyat sanki mənə o vaxt "çək kənara mənanın sənə söyləmək istədiyi bir şey var" dedi. Dayandım və bütün qəlbimlə, böyük səylə dinləmək, başa düşmək istədim. Bəzən bir kitabla, bəzən bir cümləylə, bəzən oxuduğum, bəzən dinlədiyim nəğmələrlə, bəzən qarşılaşdığım insanlarla, bəzən bir ağacın gövdəsiylə, bəzən mənə baxan bir cüt gözəl gözlə başa salmağa, öyrətməyə çalışdı. Etmək istəmədiyim, olmaq istəmədiyim, ürəyimin istəmədiyi hər şeyi özümdən uzaqlaşdıracaq qədər yaşlandığımdandır bəlkə, bilmirəm...

- İradə İbrahimova kiminlə evlidir?

Müğənni İradə İbrahimova 2009-cu ildə əslən Azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib.

- İradə İbrahimovaya ilk şöhrət qazandıran mahnı?

2002-ci ildə ifa etdiyi "Get" mahnısı İradə İbrahimovanın Azərbaycanın musiqi aləmində olan yerini birdən-birə bir xeyli ucaltdı. Aylarla xit-paradlarda ən yüksək yerlərdə qalan bu mahnının sözləri türk şairəsi Ayşə Yılmaz Birgülə, musiqisi isə Gövhər Həsənzadəyə aiddir.

- İradə İbrahimovanın qayınanası onu niyə istəmirdi?

İradə İbrahimovanın qayınanası sırf müğənni olduğu üçün onu gəlin kimi istəmirmiş. Müğənni bu haqqda verlişlərin birində etiraf edib:

"Evdə sənətimi sevirlər. Qayınanam əvvəl Ceyhuna deyirmiş ki, get bacısını al, amma İradəni alma. O qız səhnənin tozunu udub, özünü bədbəxt etmə. Deyir ki, qorxdum. İnanmırdım ki, belə gəlin gələcək". O bildirib ki, qayınanası oğlunun onunla ailə qurmasına qarşı olub: 

"İndi fikri tamamilə dəyişib. Çünki ailəyə uyğunlaşmağa çalışıram. Kimin üçünsə gülüş gələ bilər, amma qayınatamın çayı bitəndə tez durub yeniləyirdim. Anamı izləmişəm, örnək götürmüşəm. Çox böyük fədakarlıqlar etdim. İndiyənə kimi başıma and içirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28305
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar