Prezident özünü niyə “kəndçi”  kimi göstərmək istəyir? - Böyük Manipulyator
04 sentyabr 2025 09:52 (UTC +04:00)

Prezident özünü niyə “kəndçi” kimi göstərmək istəyir? - Böyük Manipulyator

0

Əvvəlki yazı

Böyük Manipulyator

43-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

AVEYRONUN MAKRON SEKTORU

“Mən Aveyron departamentini çox sevirəm” – bu sözləri Makron Centre Presse (Aveyron departamentinin Rodez şəhərində çıxan gündəlik qəzet) qəzetinə verdiyi müsahibədə deyir. Makron özünü fransızlara sadə, xalq içindən çıxan, necə deyərlər bir “kəndçi” kimi göstərmək istəyir. O, əlindən gələni edir ki, ölkədə onu nə tək Rotşild bankının investisiya bankiri kimi, nə də Tuket şəhərinin küçələrində qısaqol köynəkdə gəzən bir gədə kimi yox, həm də Fransanın hər bir bölgəsində öz çevrəsi olan siyasətçi kimi tanısınlar.

V Respublikada namizədin belə bir hərəkəti təəccüblü deyil, çünki lap əzəldən, bütün prezidentlər seçki kampaniyası zamanı uzaq bölgələrə baş çəkib, imiclərini artırmaq üçün sadə kənd adamları ilə birbaşa “dialoqa” girməyi özlərinə borc biliblər; ancaq onu da etiraf etmək lazımdır ki, heç bir siyasi təcrübəsi olmayan İqtisadiyyat naziri üçün bu çox riskli addımdır…

Yerli əhali ilə bu görüş, namizədin prezident seçkilərinin ikinci turundan əvvəl Rodez şəhərində təşkil olunan axırıncı görüşdür. Bu şəhərin meri Kristian Teyssed onun ilk dəstəkçilərindən biridir və bu prefekturanın 80% əhalisi ikinci turda "Hərəkətdə!" hərəkatının namizədinə səs verəcək. Yeri gəlmişkən, merin gənc kabinet direktoru Toma Moqaraey, LREM partiyasının (Respublika Hərəkətdə Partiyası) yerli referenti sayılır. Amma Makron Aveyronu tək buna görə sevmir: məsələ burasındadır ki, onun mühafizə komandasındakı cangüdənlərin çoxu əslən bu bölgədəndirlər. Ümumiyyətlə, prezidentin komandası ilə Aveyron departamenti arasında əlaqələr çoxdur. Makronun İqtisadiyyat Nazirliyindəki keçmiş kabinet direktoru, eyni zamanda onun yaxın dostlarından biri olan iqtisadçı Mark Ferraççinin həyat yoldaşı Sofi Ferraççi da əslən bu zonadandır. 2005-ci ildə Aveyron bölgəsinin Brommat adlı kiçik bir kəndində onların toyunda iştirak edən gündən Emmanuel Makron bu ərazilərə vurulub.

Həmin il bu departamentin Millo şəhərində, gələcək prezident cütlüyü, siqaret mağazasında işləyən Əhməd Eddarraz adlı bir adamla tanış olur. Əslən Mərakeşdən olan, otuz yaşındakı bu cavan oğlan uzun müddətdir ki, Sosialist Partiyasının (PS) fəal üzvü, eləcə də şəhərin bələdiyyə idarəsində məsləhətçidir. Dominik Stros-Kanın (DSK) pərəstişkarı olan bu cavan oğlan, 2015-ci ildən “Gənclər Makron ilə” (JAM) qrupuna daxil olur və bir ildən sonra Emmanuel Makronun namizədlik kampaniyasında Brijit Makronun şəxsi əməkdaşı kimi fəaliyyət göstərir. Əhməd Eddarraz, sözün əsl mənasında, Fransız dili müəlliməsinin kölgəsinə çevrilir, Brijit hara getsə, əyalət şəhərində siqaret satan bu oğlan onu müşayiət edir, onun ailəsinin, uşaqlarının qayğısına qalır, bir sözlə Emmanuel Makronun prezident seçkilərindəki qələbəsinə qədər onun arvadının sağ əli olur. Amma Makronun qələbəsi günü La Rotonde restoranında üç saat əvvəl seçilmiş prezidentlə bir stol arxasında qədəh-qədəhə vurub qələbələrini qeyd etməsinə baxmayaraq, hətta sonra prezident Makronun Mərakeşə ilk səfəri zamanı onu müşayiət edən nüfuzlu şəxslərin arasında olsa da belə, Əhməd Eddarraza Yelisey sarayında heç bir vəzifə verilməyəcək, o yaşadığı Millo şəhərinə qayıdıb, siqaret satmağa davam edəcək.

LREM partiyası (Respublika Hərəkətdə Partiyası) yaranan kimi onun üzvü olan Mərakeşli bu oğlan sonralar öz bölgəsindən deputat seçilmək arzusuna düşür. Göründüyü kimi prezident seçkiləri zamanı namizədlə onun arvadının qulluğunda duran tək Aleksandr Benalla deyildi. Ona görə də bəzi jurnalistlərin Benallaya Makron cütlüyünün yeganə köməkçisi damğası vurmaqları reallıqla qətiyyən uyğun gəlmir...

Aveyron həm də Lüdovik Şakerin vətənidir. O, Durbi vadisində – Coss və Keven şəhərləri arasında yerləşən – San-Jan-dü-Brüel kəndində böyüyüb boya başa çatıb. Onun dostu – Yeliseydə xüsusi məsləhətçi İsmael Emelien isə Qrenobl şəhərindən gəlməyinə baxmayaraq Aveyron mənşəlidir... Onu da əlavə edək ki, Makron imperiyasının sütunlarından biri olan Milli Assambleyanın prezidenti Riçard Ferrand da 1962-ci ildə Aveyron departamentinin Rodez şəhərində anadan olub.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar