"Bir-birimizi çox sevirik"  - Devrim Özkan və Lukas Torreyra
11 noyabr 2024 19:29 (UTC +04:00)

"Bir-birimizi çox sevirik" - Devrim Özkan və Lukas Torreyra

Devrim Özkan və Lukas Torreyra, bir daha "Biz bir-birimizə çox aşiqik" mesajını verdi. Özkan yemək yedikləri restoranda Torreyra ilə öpüşməkdən doymayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aktrisa Devrim Özkan və "Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra bu gün aktrisa-futbolçu sevgisinin ən gözəl nümunələrindəndir.

Bir neçə aylıq ayrılıqdan sonra barışan və münasibətlərinə ikinci şans verən Devrim Özkan və Lukas Torreyra hər zaman xoşbəxtliklərini ortaya qoyur. Özkan və Torreyranın sevgisi münasibətlərdə ikinci şansların mümkünlüyünə nümunə olaraq göstərilir.

Devrim Özkanın "Qalatasaray"ın hər oyununu tribunadan izləməsi Lukas Torreyranın meydandakı çıxışına çox müsbət təsir edir. Bunun son nümunəsi noyabrın 10-da keçirilən "Qalatasaray" - "Samsunspor" oyununda məlum olub.

Devrim Özkan və Lukas Torreyra hər zaman olduğu kimi münasibətlərini hər fürsətdə ortaya qoyur. Bir yerdə nahar edən Özkan və Torreyra sevgilərinin ölçüsünü ortaya qoyur. Yenə də əvvəlcə restorandakı insanlara, sonra isə sosial media hesablarında izləyicilərinə göstərərək, "Biz bir-birimizə çox aşiqik" mesajını veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

Oxşar yazılar