Məşhur cütlük  ÜZÜKLƏRİ ÇIXARTDILAR
12 may 2022 18:46 (UTC +04:00)

Məşhur cütlük ÜZÜKLƏRİ ÇIXARTDILAR

Bir müddətdir evliliklərində problem olduğu bilən İbrahim Çelikkol və Mihre Çelikkol boşanıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərlər qarşısında susmağa üstünlük verən cütlüyün 5 illik evliliyi məhkəmədə sona çatıb.

İbrahim Çelikkol və Mihre Çelikkolun iyun ayından ayrıldığı ortaya çıxıb. Ayrılıq əlamətləri nikah üzüklərinin çıxarılması ilə başlayıb. 

Sosial mediada birlikdə foto paylaşmayan cütlüyün münasibətlərini bərpa etmək üçün yaxın dostlarının müdaxilə etdiyi öyrənilib. Amma onlar bütün cəhdlərə baxmayaraq bu qərarından dönməyiblər.

Qeyd edək ki, 2017-ci ildə sadə mərasimlə evlənən cütlüyün Əli adlı oğlu var.

# 3858
avatar

Fidan İlqar

Oxşar yazılar