Birdən səhnədən yoxa çıxan  5 populyar müğənni
14 iyul 2025 13:05 (UTC +04:00)

Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni

Məşhurluq və şöhrət çox vaxt dəyişkən olur. Bir neçə il əvvəl bu müğənnilər tam zallar yığır, milyonların sevimlisinə çevrilirdilər, amma bu gün onlar haqqında demək olar ki, heç nə eşidilmir. Bəziləri qəfil səhnədən çəkildi, digərləri isə ümumiyyətlə ictimai həyatdan uzaqlaşdı.

Lent.az xarici mediaya istinadla qəfil yoxa çıxan, amma hələ də pərəstişkarlarının və medianın marağında qalan beş ulduzun hekayəsini təqdim edir.

Lana Del Rey

5 популярных певиц, которые внезапно исчезли со сцены

Bəzən "sakit" bir gediş uzun çəkə və çoxlu suallar doğura bilər. 2020-ci ildə Norman Fucking Rockwell! albomundan sonra Lana Del Rey böyük bir tur planlaşdırırıb, amma pandemiya hər şeyi dəyişib.

O, konsert tarixlərini ləğv edib və uzun müddət ictimaiyyət qarşısından itdi – sosial şəbəkələr susub, yeni elanlar olmayıb.

Pərəstişkarlar bunu karyeranın sonu kimi qəbul ediblər, hətta onun məyusluq və yorğunluq yaşadığına dair şayiələr yayıblar. Lakin Lana sonradan yeni layihələrlə geri dönüb və bu dövr onun obrazına xüsusi bir mistika qataraq sirli bir fasilə olaraq yadda qalıb.

Nelli Furtado

5 популярных певиц, которые внезапно исчезли со сцены

2000-ci illərin ortaları kanadalı müğənni Nelli Furtadoya məxsus idi. Loose albomu və Promiscuous, Say It Right kimi hitlərlə dünyanı fəth edib – cəsarətli, seksual və şöhrətinin zirvəsində olub. Dünya turları və saysız-hesabsız mükafatlar onun uzun və parlaq bir karyerasının başlanğıcı kimi görünüb.

Lakin bu zirvədən sonra karyerası fərqli istiqamət alıb. Sonrakı albomlar əvvəlki uğuru təkrarlamadı və müğənni səhnədən getdikcə uzaqlaşıb. Səs-küysüz bir şəkildə o, ailəsinə və qızının tərbiyəsinə özünü həsr edib. 2017-ci ildə The Ride adlı indiyə yönəlmiş albomla qayıdaraq göstərib ki, sadəcə yenidən doğulmaq üçün uzun bir fasilə götürüb.

Cessika Simpson

5 популярных певиц, которые внезапно исчезли со сцены

2000-ci illərin əvvəlində Cessika Simpson ən böyük ulduzlardan biri olub: güclü səsi, Nik Laşe ilə “Yeni evlilər” realiti-şousu, hitləri ilə top-paradları fəth edib. Lakin vida turu əvəzinə o, karyerasında kəskin dönüş edib – öz geyim və aksesuar brendi olan The Jessica Simpson Collection-ı yaratmağa başlayıb.

Bu biznes inanılmaz dərəcədə uğurlu olbu və milyardlarla dəyəri olan bir imperiyaya çevrilib. Musiqi ikinci plana keçib və Cessikia öz həqiqi yolunu modada tapıb.

Laurin Hill

5 популярных певиц, которые внезапно исчезли со сцены

1998-ci ildə Laurin Hill The Miseducation of Lauryn Hill albomu ilə “cekpotu” vurub. Bu, sadəcə kommersiya uğuru deyildi – onun işi mədəni fenomen sayılıb. Beş Grammy mükafatı, nəsli ifadə edən səs statusu, tənqidçilər və pərəstişkarların heyranlığı – sanki uğurun sərhədi yox idi.

Onun R&B, hip-hop və soulu birləşdirən unikal üslubu təzə və səmimi səslənirib.

Lakin bu böyük uğurdan sonra Lauryn demək olar ki, tamamilə göz önündən yoxa çıxıb. Nə vida turları olub, nə də karyerasının bitdiyinə dair rəsmi açıqlamalar – sadəcə səssiz gediş.

Nadir müsahibələrində şou-biznesin böyük təzyiqindən, şöhrətdən məyusluğundan, ailəyə və ruhani axtarışlara olan ehtiyacından danışıb. Vaxtaşırı festivallarda görünsə də, yeni işləri nadir hallarda çıxır və ictimai aktivliyi bərpa olunmayıb.

Celeste

5 популярных певиц, которые внезапно исчезли со сцены

Britaniyalı soul müğənnisi Celeste səhnəyə güclü bir şəkildə daxil olub. 2020-ci ildə o, BRIT mükafatını “ən perspektivli artist” kimi qazanıb, Not Your Muse adlı debüt albomu isə top-paradlarda zirvəyə yüksəlib və güclü vokalı, atmosferik melodiyaları ilə böyük təriflər qazanıb.

Sanki bütün dünya onun ayaqları altındaydı. Lakin bu sürətli uğurdan sonra o, kəskin şəkildə fəaliyyətini azaldıb. Yeni turlar və singllər əvəzinə, Celeste medianın diqqətindən uzaqlaşıb. Müsahibələrində o, bu addımı karyerasını düşünmək və yaradıcı nəzarəti qorumaq üçün atdığını bildirib. Pərəstişkarları bu qərara təəccüblə yanaşsa da, keyfiyyət və daxili tarazlıq naminə fasilə verməsini anlayışla qarşılayırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar