Mixael Şumaxerin qardaşı kişi sevgilisi ilə  evləndi
01 iyun 2026 19:59 (UTC +04:00)

Mixael Şumaxerin qardaşı kişi sevgilisi ilə evləndi

0

“Formula-1”in keçmiş pilotu Ralf Şumaxer və onun sevgilisi Etyen Buske-Kassan rəsmi olaraq ər-arvad olublar. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dəbdəbəli toy mərasimi ötən şənbə günü Fransanın məşhur kurort şəhəri Sen-Tropedə baş tutub.

50 yaşlı Şumaxer və keçmiş yarış sürücüsündən 14 yaş kiçik olan 36 yaşlı Etyen Fransadakı mülklərinin yaxınlığında evləniblər. Bəylə “gəlin” qüsursuz və ahəngdar görünürüblər: hər ikisi açıq mavi qalstuklarla tamamlanan rəsmi tünd mavi kostyumlar seçiblər.

пидоры.jpg (50 KB)

Bu şənlik genişmiqyaslı media layihəsinin kulminasiya nöqtəsi olub. Mərasimdə Sky və Wow şirkətlərinin çəkiliş qrupları iştirak ediblər. Toy, artıq Avropa televiziyasında yayımlanan yeni dörd hissəli realiti-şou sənədli filmi "Ralf və Etyen: Biz “Bəli” deyirik"in (Ralf & Etienne: Wir sagen Ja) sonuncu bölümü olacaq.

Məlumata görə, layihənin son bölümlərində hətta Etyenin toy hazırlıqlarının, o cümlədən plastik əməliyyatın görüntüləri də yer alacaq. Şumaxerin 36 yaşlı nişanlısı, ilkin narahatlıqlara və Ralfın şübhələrinə baxmayaraq, mükəmməl toy şəkilləri üçün üz dərisini çəkdirmək qərarına gəlib.

Ralfın evliliyi, problemli keçmişi səbəbindən medianın xüsusi diqqətini cəlb edib. Alman sürücü yalnız 19 ay əvvəl kaming-out edib, bundan əvvəl uzun illər heteroseksual bir evlilikdə yaşayıb.

пидоры1.jpg (66 KB)

Ralf 2001-ci ildən bəri Kora Şumaxerlə evli olub. Onların evliliyi 13 il davam edib və keçmiş cütlüyün Devid adlı yetkin bir oğlu var. “Formula-1” pilotu onunla münasibətlərini açıqladıqdan sonra keçmiş həyat yoldaşları arasında media müharibəsi başlayıb. Kora açıq şəkildə "ən yaxşı illərini Ralfa sərf etdiyini" elan edib. Etiraz və qəzəb əlaməti olaraq, hətta gəlinlik paltarını da ictimaiyyət qarşısında yandırıb.

Lakin toy vaxtı ehtiraslar azalmış kimi görünüb. Fevral ayında, qarşıdan gələn şənliklə bağlı ilk şayiələr yayılanda Kora gözlənilmədən qəzəbini mərhəmətə çevirib. O və yeni partnyoru Stiven Bo Bekendam yeni evlənənləri açıq şəkildə təbrik ediblər.

пидоры2.jpg (86 KB)

Xatırladaq ki, Ralf Şumaxer əfsanəvi yeddiqat “Formula - 1” çempionu Mixael Şumaxerin kiçik qardaşıdır. Mixael özü, 2013-cü ildə xizək kurortunda aldığı ağır baş zədəsindən sonra əlil arabasındadır və ailəsi tərəfindən ictimaiyyətin gözündən tamamilə gizlədilir, bu da onun ictimai ailə şənliklərində görünməsinə mane olur.

Ralf üçün bu toy, artıq kameralardan gizlətmək niyyətində olmadığı, həyatında yeni, tamamilə ictimai bir fəslin rəsmi başlanğıcıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar