Möhtəşəm gözəl Kakadan  niyə ayrıldığını   AÇIQLADI
15 aprel 2024 00:16 (UTC +04:00)

Möhtəşəm gözəl Kakadan niyə ayrıldığını AÇIQLADI

Bu yaxınlarda verdiyi müsahibədə braziliyalı cazibədar Karolina Selika əfsanəvi futbolçu Kakadan niyə ayrıldığını izah edib və söylədiyi səbəb çoxlarında şübhə yaradıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kakanın iki övladının anası Karolina məşhur futbolçunun onun üçün çox ideal olduğunu və 10 illik evlilikdən sonra boşanmalarının əsas səbəbinin bu olduğunu deyib.

Bu evli cütlüyün hələ 2015-ci ildə boşanması cəmiyyətdə böyük səs-küyə səbəb olub və Selika bu addımının səbəblərini ancaq indi deyib.

"Kaka heç vaxt mənə xəyanət etməyib, o, mənə gözəl ailə bəxş edib, amma mən xoşbəxt olmadım, problem onda idi ki, o, mənim üçün çox ideal idi", - Selika vurğulayıb.

Beləliklə, o, medianın yazdığı kimi, boşanma səbəbinin Kakanın xəyanəti ilə bağlı olduğu xəbərləri təkzib edib.

Kakanın keçmiş həyat yoldaşının sözləri sosial şəbəkələrdə saysız-hesabsız şərhlər və ziddiyyətli fikirlərə səbəb olub. Bəziləri braziliyalı gözəli dəstəklədiklərini və başa düşdüklərini ifadə edərkən, digərləri onun "çox mükəmməl" olduğunu söylədiyi bir adamla ayrılmasının səbəblərini tənqid ediblər.

“Milan” və “Real”ın məşhur futbolçusu bu gün daha iki övladı olan Karolina Batista ilə evlənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4065
avatar

Oxşar yazılar