Onlar yenidən  bir yerdə olduqlarını   təsdiqlədilər
08 noyabr 2022 17:29 (UTC +04:00)

Onlar yenidən bir yerdə olduqlarını təsdiqlədilər

Amerikalı aktyor Bredli Kuper və rusiyalı supermodel İrina Şeykin yenidən bir araya gəlməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyiblər. 

Lent.az bildirir ki, bu barədə “DailyMail” məlumat yayıb.

Fotoqraflar cütlüyü Nyu-Yorkda ulduzların bir-birini qucaqladığı görüş zamanı lentə alıb.

Oktyabrın sonunda 36 yaşlı modelin bir neçə birgə ictimai çıxışından sonra 47 yaşlı keçmiş sevgilisi ilə yenidən qovuşmaqda şübhəli bilinsə də, məşhurlar münasibətləri ilə bağlı məlumatları rəsmi olaraq təsdiq və ya təkzib etməyiblər.

Şeyk və Kuper dörd il görüşüblər. 2017-ci ildə model aktyordan bir qız övladı dünyaya gətirib və iki il sonra cütlük ayrılıb. Mediada ayrılığa səbəb kimi Kuperin Ledi Qaqa ilə "Ulduz doğulur" filminin çəkilişləri zamanı başladığı iddia edilən romantika göstərilib.

# 2535
avatar

Oxşar yazılar