Qeyri-sabit hava bu tarixədək  davam edəcək
03 iyul 2025 19:17 (UTC +04:00)

Qeyri-sabit hava bu tarixədək davam edəcək

İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar