Səhnə duruşu və cəsarətli paylaşımları ilə olduğu qədər şəxsi həyatı ilə də tez-tez gündəmə gələn İrem Derici, bir müddətdir birlikdə olduğu DJ Melih Kunukcu ilə münasibətinə son qoydu.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aralarında 12 yaş fərqi olan cütlüyün münasibəti başa çatıb
Cütlüyün yaxınlarının dediyi xəbərlərə görə, onlar fikir ayrılıqları səbəbilə münasibətlərini yenidən dəyərləndirirdi. Zamanla bir-birlərindən uzaqlaşan cütlük nəhayət ortaq qərarla yollarını ayırıb. Ayrılığın arxasında dramatik bir böhran və ya böyük bir mübahisə yox, “məntiqli bir vidalaşma” olduğu bildirilir.
Qeyd edək ki, İrem Derici daha əvvəl verdiyi açıqlamada sevgilisinin yaşını ictimaiyyətlə bölüşərək, 25 yaşlı Melih Kunukcu ilə aralarında 12 yaş fərqi olduğunu ifadə etmişdi. Bu yaş fərqi magazin gündəmində geniş müzakirələrə səbəb olmuş, lakin Derici bu tənqidlərə əhəmiyyət vermədiyini açıq şəkildə bildirmişdi.
Hazırda İrem Derici tərəfindən hələ rəsmi bir açıqlama verilməsə də, müğənninin yaxın çevrəsinə “Bir-birimizi yormadan ayrıldıq, yol yoldaşlığımız burada bitdi” dediyi iddia olunur.