Qadın ərinin xəyanətini diş fırçası ilə  tutdu
23 may 2025 13:07 (UTC +04:00)

Qadın ərinin xəyanətini diş fırçası ilə tutdu

Britaniyalı özəl detektiv Pol Cons müştərilərindən birinin diş fırçasından istifadə edərək ərinin xəyanətini necə aşkar etdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, detektivin sözlərinə görə, qadın uşaqlarını müntəzəm olaraq dişlərini fırçalamağa həvəsləndirmək üçün elektrikli diş fırçaları alıb. Həmin fırçalardan ötrü ağıllı proqram quraşdırıb və bütün ailə üçün hər fırçalama seansını izləyib. 

Zaman keçdikcə, qadın ərinin diş fırçalama tarixinin guya işdə olduğu vaxtlarda qeydə alındığının fərqinə varıb. O, ərinin hər cümə səhər saatlarında evdə dişlərini fırçaladığını belə öyrənib.

Məlum olub ki, əri 3 aydır cümə günləri işləməyib və iş yoldaşı ilə münasibət qurub. Cümə günləri həyat yoldaşı və uşaqları evdə olmayanda onu evinə dəvət edib. Detektiv xatırladıb ki, diş fırçaları, səsli köməkçilər və s. kimi ağıllı qurğular vəfasızlıq haqqında məlumatları sakitcə saxlaya bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar