Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Hadisə oktyabrın 23-də baş verib. Belçikalı mütəxəssis “Bavariya”nın əvəzedici komandasının məşqini izləyərkən qəfil huşunu itirib və ona tibbi yardım göstərilib.
Məlumata görə, Kompani son günlər virus infeksiyasından əziyyət çəkir. Bu səbəbdən o, əsas komandanın bir neçə məşqini və mətbuat konfransını buraxmalı olub.
Hazırda 40 yaşlı mütəxəssis xəstəxanada hərtərəfli tibbi müayinədən keçirilir və həkim nəzarətində saxlanılır. Onun səhhətinin stabil olduğu bildirilir.
Baş məşqçinin yoxluğu müddətində komandanın məşqlərinə və oyunlara hazırlığına onun köməkçiləri rəhbərlik edəcəklər.