Qırılmış ürək üçün milyard dollar:   "Əsrin boşanması" yekunlaşır
26 iyul 2026 12:41 (UTC +04:00)

Qırılmış ürək üçün milyard dollar:  "Əsrin boşanması" yekunlaşır

0

Texnologiya nəhəngi SK Hynixin baş direktoru Çe Te Von və keçmiş həyat yoldaşı No So Yen arasında məhkəmə prosesi kulminasiya nöqtəsinə çatır. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 5 milyard dollarlıq sərvətin bölünməsi və ölkənin aparıcı çip imperiyasına nəzarət məsələsi risk altındadır.

1988-ci ildə onların toyu Cənubi Koreyada böyük bir hadisəyə çevrilib: SK konqlomeratının qurucusunun oğlu Çe Te Von ölkənin hazırkı prezidentinin qızı No So Yenlə evlənib. Qəzetlər bu birliyi "əsrin evliliyi" adlandırıblar. Onilliklər sonra romantik hekayə sevgi üçbucaqları, korrupsiya qalmaqalları, həbs cəzaları və rekord qıran sərvət uğrunda mübarizə ilə dolu real həyatda K-dramına çevrilib.

Tolstoyun sitatlarından nikahdan kənar uşaqlara qədər

İdilliya 2015-ci ildə Çe Te Vonun qəzetdə üç səhifəlik məktub dərc etməsi ilə süqut edib. Həmin məktubda o, "Anna Karenina"dan sitat gətirib və uzun müddətdir ki, başqa bir qadına aşiq olduğunu, ondan bir uşağı olduğunu və "təmiz ayrılıq" istədiyini açıq şəkildə etiraf edib.

Lakin No So Yen ailəni xilas etməyə çalışaraq uzun müddət boşanmaya müqavimət göstərib, lakin sonradan təzminat tələb edərək məhkəməyə müraciət edib. 2024-cü ildə apelyasiya məhkəməsi milyarderə keçmiş həyat yoldaşına təxminən 1 milyard dollar (o dövrdəki aktivlərinin 35 faizi), eləcə də emosional stress üçün 1,4 milyon dollar ödəməklə bağlı qərar çıxarıb.

İş artıq son mərhələyə qədəm qoyur: No So Yen, qlobal süni intellekt (Sİ) bumu fonunda SK Hynixin bazar kapitallaşması sürətlə artdığı və Çe Te Vona təmiz  aktivləri 5 milyard dolları keçdiyi üçün ödəniş məbləğinin yenidən hesablanmasını tələb edir.

Censen Huanq ilə yüksəkliklər, həbsxana və dostluq

İstintaq davam edərkən, 65 yaşlı iş adamı uğurunun zirvəsini yaşayır. SK Hynix, “Nvidia”ya əsas yaddaş çipləri tədarük edir və şirkətin səhmləri 2025-ci ilin əvvəlindən bəri təxminən on dəfə artıb. Bu ilin iyul ayında Çe şəxsən Nyu-Yorkdakı Nasdaq birjasında SK Hynixin ABŞ bazarına uğurlu girişini qeyd edərək 26 milyard dollar toplayıb.

Lakin maqnatın tərcümeyi-halı qüsursuz deyil. Çe iki dəfə maliyyə fırıldaqçılığı və 42 milyon dollar mənimsəmədə ittiham olunub. O, bir neçə dəfə həbs cəzası çəkib, lakin hər iki dəfə prezident onu əfv edib.

İş adamı sosial mediada Censen Huanq (Nvidia), Sem Altman (OpenAI) və Satey Nadella (Microsoft) ilə fotolarını aktiv şəkildə paylaşır və həmçinin dünya liderləri ilə görüşlər keçirir.

"Əbədi xoşbəxtlik!!": Keçmişə əlvida demək

Əgər məhkəmə No So Yenin iddialarını tam şəkildə təmin edərsə, Çe Te Von SK Group səhmlərinin bir hissəsini satmalı olacaq ki, bu da onun konqlomerat üzərində nəzarətini zəiflədə bilər.

Bu arada, No So Yen sosial media izləyiciləri ilə 37 il yaşadığı evdən köçməsinin şəkillərini paylaşır. Yığılan əşyaların arasında o, illər əvvəl üç uşağının hazırladığı uşaqlıq afişasını - valideynlərinin şəkillərini və "Əbədi xoşbəxtlik!!" yazısını göstərib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar