Şərqdə ilin  əsas toyu:   Şahzadənin varisi evləndi
01 iyun 2023 22:41 (UTC +04:00)

Şərqdə ilin əsas toyu: Şahzadənin varisi evləndi

İordaniyanın gələcək kralı və kraliçasının toyunu qeyd etmək üçün bütün aristokratiya Əmmana toplaşıb. Şərq şahzadəsinin dəbdəbəli paltarına baxın.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, iyunun 1-də Əmmanda İordaniyanın gələcək kralı, vəliəhd şahzadə Hüseyn Əl Abdullah və onun gəlini şahzadə Racva üçün dəbdəbəli toy mərasimi keçirilir. Qız nikah şəhadətnaməsini imzaladıqdan dərhal sonra avtomatik olaraq titulu alıb.

Dəbdəbəli mərasim gənc cütlüyün qar kimi ağ çiçəklərlə bəzədilmiş “Range Rover”də gəzintisi ilə başlayıb.

Qeyd edək ki, bəylə gəlin eyni yaşdadırlar - Hüseyn və Rəcva 1994-cü ildə anadan olublar. Əgər şahzadənin taleyi doğulduğu andan öncədən məlum olubsa, o zaman Rəcva Ər-Riyadda səudiyyəli iş adamı Xalid bin Musaed Əl-Saif və Azza bint Naif Əl-Sudairinin ailəsində anadan olub.

O, böyük səhiyyə və tikinti layihələrində iştirak edir. Bundan əlavə, qız sadəcə zəngin deyil, həm də nəcib bir gəlindir: Subai qəbiləsindəki Racva nəslinin nümayəndəsidir. Onun əcdadları Sudairdəki qədim Əl-Əttar şəhərinin hökmdarları olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751
avatar

Oxşar yazılar