Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
24 iyun 2025 10:15 (UTC +04:00)

Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?

Albalı-qırmızı dodaq boyası  dodaqlarda zərif və cazibədar bir vurğudur.

Lent.az xarici mediaya istinadla bildirir ki, istər mat, istər parlaq, istər yetkinləşməmiş albalı, istərsə də çox yetişmiş meyvə tonlarında olsun – bu rəng yay obrazlarına təzəlik və cəlbedicilik qatan mükəmməl seçimdir.

Albalı-qırmızı dodaq boyasının cazibəsi

Bu rəng:

dodaqlara elegantlıq və incəlik qatır,

pozitiv enerji və qadınlıq aurası yayır,

həm gündəlik makiyaj, həm də axşam obrazı üçün uyğun ola bilir.

Albalı-qırmızı tonu klassik qırmızı qədər iddialı, eyni zamanda daha incə və təravətli görünür.

Kimlərə albalı dodaq boyası yaraşır?

Doğru tonu seçdikdə albalı-qırmızı dodaq rəngi demək olar ki, hər kəsə yaraşır. Əsas olan dərinin alt tonuna uyğun rəng seçməkdir:

Tünd dərililər üçün: Qorallı və isti albalı tonları ideal seçimdir.

Zeytun tonlu dərilər üçün (Aralıq dənizi tipli): Morumsu albalı və ya moruq tonları daha uyğundur.

Soyuq alt tonlu dərilər üçün: Albalı-şərab rəngləri (dərin və mürəkkəb) tövsiyə olunur.

Açıq dərililər üçün: Qırmızı və çəhrayı alt tonlu albalı rəngi daha təbii və zərif görünəcək.

Albalı dodaq boyasını necə seçməli?

Yalnız dərinizin tonu deyil, həm də gündəlik ritminiz və məqsədiniz dodaq rəngi seçimində rol oynayır:

Axşam makiyajı üçün: Daha dərin və qaranlıq albalı tonları idealdır – onlar daha çox dramatik effekt yaradır.

Gündüz və yay gəzintiləri üçün: Yüngül, açıq və parlaq albalı tonları təbii, təravətli görünüş verir. Gün işığında daha parlaq və canlı durur. Albalı-qırmızı dodaq boyası sadə göz makiyajı ilə tamamlayın, beləliklə dodaqlar ön planda qalar. Rəngi test edərkən gün işığında baxın – bu, real effekti görmək üçün vacibdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar

Uzun şortlar  nə ilə geyinilməli?

Uzun şortlar nə ilə geyinilməli?

20 iyun 2025 , 17:18
Üz maskalarının bilinməyən tərəfləri

Üz maskalarının bilinməyən tərəfləri

18 iyun 2025 , 18:06
Hər zaman dəbdə olan  ən yaxşı 5 dırnaq rəngi

Hər zaman dəbdə olan ən yaxşı 5 dırnaq rəngi

15 iyun 2025 , 18:04
Milyonlara satılan dünyanın ən bahalı  3 çantası

Milyonlara satılan dünyanın ən bahalı 3 çantası

14 iyun 2025 , 17:27
Bu  günəş eynəkləri   hətta "lüks" obrazı belə korlayır

Bu günəş eynəkləri hətta "lüks" obrazı belə korlayır

13 iyun 2025 , 13:53
Makiyaj zamanı edilən məşhur səhv  göz quruluğuna səbəb ola bilər

Makiyaj zamanı edilən məşhur səhv göz quruluğuna səbəb ola bilər

13 iyun 2025 , 12:32
Victorias Secret  müflis olmaq üzrədir

Victorias Secret müflis olmaq üzrədir

13 iyun 2025 , 09:39
Makiyaj zamanı  etdiyimiz SƏHVLƏR

Makiyaj zamanı etdiyimiz SƏHVLƏR

11 iyun 2025 , 16:04