Bu ayaqqabıları  yay səyahətində əsla geyinməyin
16 iyul 2025 15:04 (UTC +04:00)

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

Yay – səyahət və yeni təəssüratlar üçün ən ideal mövsümdür. Lakin düzgün seçilməmiş ayaqqabı səfərinizin keyfiyyətinə ciddi təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, narahat ayaqqabı – ayaq ağrısı, diskomfort, su toplaması və hətta travmalar deməkdir.

Dəri ayaqqabılar

Klassik dəri ayaqqabılar zərif görünsə də, yayda ayağın həddindən artıq isinməsinə və tərləməsinə səbəb olur. Belə ayaqqabılar hava buraxmır və bu da nəticədə sürtünmə və su toplanmasına gətirib çıxarır.

Bu tip ayaqqabılar uzun gəzintilər və turist marşrutları üçün uyğun deyil. Əvəzində nəfəs alan materialdan hazırlanmış yüngül idman ayaqqabıları və ya rahat sandallar seçmək tövsiyə olunur.

Hündür dabanlı ayaqqabılar

Yayda aktiv hərəkət üçün hündür daban – ən pis seçimdir. Belə ayaqqabılar ayağı dəstəkləmir və tez yorğunluq hissi yaradır. Əgər qeyri-bərabər səthdə gəzirsinizsə, zədələnmə riski xeyli artır. Bunun əvəzinə, alçaq dabanlı sandallar və ya yumşaq altlıqlı baletkalar seçmək daha doğrudur.

Ağır idman ayaqqabıları

“Dəmir kimi” ağır və hava keçirməyən krossovkalar yayda ayağı çox tez istidir və hətta qısa məsafələrdə belə narahatlıq yaradır. Ayaq nəfəs ala bilmədiyindən tez yorulur və şişə bilər.

Belə ayaqqabılar uzun turistik marşrutlar üçün uyğun deyil. Onların əvəzinə mesh (torlu) materiallardan hazırlanmış yüngül idman ayaqqabıları geyinmək məsləhətdir.

Nazik altlıqlı baletkalar

Baletkalar ilk baxışda rahat görünsə də, nazik altlıq yerə təzyiqi yumuşaltmır. Bu ayağa lazımi dəstəyi vermir və uzun yol gedəndə tez yeyilir. Çox zaman topuq və barmaqları sürtür. Ən yaxşı alternativ – rahat altlıqlı sandallar və ya yüngül krossovkalardır.

Sərt altlıqlı sandallar

Bəzi sandalların altlığı çox sərt olur və bu da addım zamanı zərbələri yumşaltmır, nəticədə ayaq və bel ağrıları yarana bilər. Buna görə belə sandallar uzun ekskursiyalar və yürüşlər üçün uyğun deyil. Yumşaq və elastik altlıqlı modellər isə daha rahat seçimdir.

Plastik şlöp və çimərlik "vetnamkalar"

Plastik vetnamkalar çox zaman ayağı düzgün sabitləmir və uzun gəzintidə ayaqda sürtünmə və su toplamasına səbəb olur. Bundan əlavə, qeyri-bərabər səthlərdə ayağı qorumur və narahatlıq yaradır. Belə ayaqqabılar yalnız çimərlik üçün uyğundur, şəhər gəzintisi və ya turistik səfərlər üçün deyil. Əvəzində remenli sandallar və ya rahat krossovkalar seçmək daha düzgündür.

Испортите ноги и отдых: никогда не надевайте эту обувь в летнюю поездку


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar