Bu saç düzümləri üzü enli göstərir
06 avqust 2025 12:02 (UTC +04:00)

Bu saç düzümləri üzü enli göstərir

Mükəmməl saç düzümü təkcə dəbdə olmalı deyil həm də məhz sizə uyğun gəlməlidir. Bəzi saç kəsimləri isə, nə qədər zərif cizgiləriniz olsa da, ümumi görünüşü poza bilər və üzə lazım olmayan yerlərdə həcm əlavə edə bilər.

Lent.az bu saç düzümlərini təqdim edir:

Çənə uzunluğunda klassik düz kare

Bu saç düzümü çənə xətti boyunca kəskin xətt yaradır və məhz o bölgəyə vizual diqqət yönəldir. Xüsusilə kvadrat və ya yumru üz forması olanlar üçün risklidir. Kare sanki üzdə yan tərəflərdə "mötərizə"lər çəkir. Əgər bu tip görünüşə meyilli olsanız, yüngül qatlar və uzadılmış kare daha uyğun alternativ olacaq.

Qaş səviyyəsində qalın düz kəkil

Çoxları düşünür ki, kəkil həmişə gənclik qatır. Ancaq əgər o qalın, düz və qaş səviyyəsində kəsilmişdirsə, alnı “kəsir”, üzü qısaldır və vizual olaraq enini artırır. Xüsusilə saçlar qulaqların arxasına yığılırsa, bu təsir daha güclü olur.
Daha uğurlu alternativ qatlı və ya asimmetrik kəkil seçməkdir.

Yanaqlar səviyyəsində buruq dalğalar

Əgər saç buruqdur və dalğalar düz yanaq səviyyəsində yayılırsa, üzü daha dolğun və enli göstərir. Bu, xüsusilə içə doğru burulan buruq saçlarda özünü daha çox göstərir sanki üz “şişirdilmiş” kimi görünür. Daha düzgün seçim dalğaların daha aşağıdan, məsələn, körpücük sümüyündən başlamasıdır.

Tam yığılmış və həcmsiz saçlar

Gicgahdan sıx yığılmış topuz və ya ortadan ayrılmış düz at quyruğu saç düzümü üzü tam açır və bütün üz cizgilərini ön plana çıxarır.
Əgər təbii olaraq geniş almacıq sümükləriniz və ya iri yanaqlarınız varsa, bu düzüm istənilməyən vurğular yarada bilər.

Bu cür saç düzümünü seçmək istəsəniz, üz kənarına bir neçə tel saxlamaq və ya başın üst hissəsində yüngül həcm yaratmaq daha uyğun olacaq. Saç düzümünüz yalnız dəbli deyil, həm də sizin üz formanıza uyğun olmalıdır. Əks halda, istəmədən üzünüzdə əlavə həcm yarada və estetik görünüşə mənfi təsir edə bilərsiniz.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar