Dünyanın ən uzun gəlinlik  donu tikildi – REKORD
07 iyun 2024 19:34 (UTC +04:00)

Dünyanın ən uzun gəlinlik donu tikildi – REKORD

Toy qadınlar üçün həyatda ən vacib hadisələrdən biridir. Gəlinlər həmin gün üçün xüsusi diqqət göstərirlər. Onlar yalnız gözəl paltarlar seçmirlər, həm də özünəməxsus bir üslub tapmağa çalışırlar. Kimisi uzun, kimisi sadə gəlinliyə üstünlük verir. 

Lent.az xəbər verir ki, bu dəfə dünyanın ən uzun ətəkli gəlinlik tikilib. 

Əvvəlki rekord 488 metr ətəyi olan gəlinlikdə qeydə alınmışdı. Yeni rekord əvvəlkini yüksək dərəcədə üstələyib. Ancaq bu yeni gəlinlik toy üçün deyil, sadəcə fotosessiyaya üçün tikilib. 

Onun ətəyi 2 kilometr 750 metr olub. Bu libasın tikilməsi 100 gün çəkib və 1857 iynə istifadə olunub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Sevinc Fərid

Oxşar yazılar