Göz altındakı qara halqalardan birdəfəlik qurtulun
17 avqust 2026 18:15 (UTC +04:00)

Göz altındakı qara halqalardan birdəfəlik qurtulun

0

Yuxusuzluq, stress və uzun müddət ekran qarşısında qalmaq göz altında qaralma və şişkinliyin yaranmasına səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xiyar və yaşıl çaydan hazırlanan təbii maska göz ətrafına sərinlik verərək yorğun görünüşü müvəqqəti azalda bilər.

Maskanın hazırlanması üçün yarım kiçik xiyar, iki xörək qaşığı dəmlənib soyudulmuş yaşıl çay və bir çay qaşığı toz jelatin tələb olunur. Xiyar sürtgəcdən keçirildikdən sonra yaşıl çayla qarışdırılır. Ardınca jelatin əlavə olunur və zəif odda tam həll edilənədək qarışdırılır.

Hazır qarışıq bir neçə dəqiqə otaq temperaturunda saxlanılır, daha sonra 10-15 dəqiqə soyuducuya qoyulur. Maska təmiz göz altına nazik təbəqə şəklində çəkilir, 15 dəqiqə sonra ehtiyatla təmizlənərək dəri ilıq su ilə yuyulur.

Xiyar yüksək su tərkibinə görə dərini sərinlədir, yaşıl çay isə göz ətrafının daha gümrah görünməsinə kömək edə bilər. Lakin bu qarışığın göz altındakı qara halqaları tamamilə aradan qaldırdığına dair elmi sübut yoxdur.

Göz ətrafı həssas olduğu üçün maska əvvəlcə biləyin kiçik hissəsində sınaqdan keçirilməlidir. Dəridə yara, qıcıqlanma və allergiya varsa, qarışıqdan istifadə edilməməlidir. Davamlı və ya qəfil yaranan qaralmalar zamanı dermatoloqa müraciət etmək tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar