Moda dünyasının ətraf mühitə VURDUĞU ZİYAN
14 fevral 2024 14:51 (UTC +04:00)

Moda dünyasının ətraf mühitə VURDUĞU ZİYAN

Geyimlərin ömrü azaldıqca moda sənayesinin ətraf mühitə vurduğu ziyan da artır. 

Lent.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Təşkilatının (UNEP) məlumatlarına görə, moda sənayesi üçün hər il 159 milyon ağac kəsilir və 93 milyard kubmetr su istifadə olunur. Mütəxəssislər moda sənayesinin təbii resurslara vurduğu ziyanın həddindən artıq istehlakla bağlı olduğunu söyləyir.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində moda sənayesinin ətraf mühitə vurduğu ziyandan danışacağıq.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Təşkilatının (UNEP) 2022-ci ildə dərc etdiyi "Davamlı Moda Ünsiyyəti 2021-2024 Strategiyaları" adlı hesabatda moda sənayesinin iqlim dəyişikliyinə və ekoloji böhrana ən çox təsir edən, təbii resurslardan istifadə edən sahələrdən biri olduğu, intensiv olaraq qalıq yanacaqlardan asılı və çirklənməyə səbəb olduğu bildirilib.

Geyimlərin ömrü azaldıqca moda sənayesinin ətraf mühitə vurduğu ziyan da artır.

Dünyada hər il 100 milyarddan çox geyim istehsal olunur.

Moda sənayesi üçün hər il 159 milyon ağac kəsilir.

Geyim istehsalı üçün hər il 93 milyard kubmetr su istifadə olunur ki, bu da qlobal su istifadəsinin 4%-nə bərabərdir.

Bildirilir ki, moda sənayesi iqlim dəyişikliyinə və ekoloji böhrana ən çox təsir edən sektorlardan biridir.

Moda sənayesinin karbon emissiyalarının qlobal emissiyalarda payı 2 ilə 6% arasındadır.

Dünyanın su ehtiyatlarında mikroplastiklərin 35%-i sintetik liflərin yuyulmasının nəticəsidir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Təşkilatının (UNEP) 2022-ci ildə dərc etdiyi "Davamlı Moda Ünsiyyəti 2021-2024 Strategiyaları" adlı hesabatında paltarların boyanması nəticəsində suyun xüsusilə Banqladeş, İndoneziya, Özbəkistan, Çin və Kamboca kimi ölkələrdə  çirkləndiyi bildirilir. Çirklənmənin son 15 ildə moda və tekstil sənayesi səbəbindən daha da artdığı müşahidə olunub.

Hesabatda daha çox istehsal nəticəsində daha çox tullantının əmələ gəldiyi və bunun nəticəsində çirklənmənin daha da artığı bildirilib.

Hesabatda deyilir ki, “Dünyada hər saniyə orta hesabla bir yük maşını paltar atılır və ya yandırılır”.

Moda və tekstil sənayesi çoxmillətli bir quruluşa malik olduğu üçün  logistik prosesləri də ciddi karbon emissiyalarına səbəb olur. Dünyanın müxtəlif yerlərində nəhəng tekstil zibilxanaları var. Afrikanın Akkra bölgəsinə hər həftə orta hesabla 60 konteyner geyim göndərilir. Akkra sakinləri hər il 15 milyon paltarın köçü ilə üzləşirlər. Bunların 40 faizi çox aşağı keyfiyyətlidir və təkrar emal olunmur.

Dünyanın bir çox bölgəsi quraqlıqla mübarizə apararkən bu qədər suyun israf edilməsi iqlim ədalətsizliyini artırır.

Ətraf mühitə təsirlərin ölçülə bildiyi, su sərfiyyatının, suyun təmizliyinin, torpaq və gübrə istifadəsinin nəzərə alındığı, biomüxtəlifliyin qorunduğu, tekstin məhsullarının susuz təmizlənmə prosesinin mənimsənildiyi istehsal üsulları ilə gələcəyimizi qorumaq üçün bəzi həll yollarını müəyyən etməliyik.

# 2799
avatar

Cavidan HUN

Oxşar yazılar