Modelyerlər modası keçmiş geyimlərin  adını açıqladı
30 may 2023 17:14 (UTC +04:00)

Modelyerlər modası keçmiş geyimlərin adını açıqladı

Modolyer Karli Landiq gəlincik paltarlarını və qara cins şalvarları modası keçmiş yay geyimləri adlandırıb. 

Lent.az xəbər verir ki, mütəxəssislər ilk növbədə neon paltarlardan, qara cins şalvarlardan qurtulmağı məsləhət görüblər.

Bej və krem rəngli geyimlərdə dəbdən düşmüş paltarlar arasındadır. 

Bundan əlavə, mütəxəssislər bir çox dekorativ elementlərlə bəzədilmiş retro bikinilərə, sandaletlərə diqqət çəkiblər. Bunun əvəzinə 90-cı illərdən ilhamlanmış tək parça, yük şalvarları, blazer və enli cins şalvarla birləşdirilə bilən minimalist köynəklərə üstünlük verilməsi bildirilib. Sadə başmaqlar isə espadrillə əvəz etmək tövsiyə edilir.

Modası keçmiş geyimlərdən biri də dar cins şalvarladır. Modelyerlərin fikrincə, bu geyim parçasını isti havalarda geyinmək çox narahatdır. Həmçinin onlar qeyd edib ki, bu şalvarlar aktuallığını çoxdan itirib. 

 

# 1518
avatar

Sevinc Fərid

Oxşar yazılar