Qırmızı "pomada"nı   necə istifadə etmək lazımdır? 
05 aprel 2022 19:56 (UTC +04:00)

Qırmızı "pomada"nı necə istifadə etmək lazımdır? 

Zərif və diqqət çəkən duruşu ilə hər bir qadının əvəzolunmazı olan kosmetik vasitələrdən biri də qırmızı rəngli dodaq boyasıdır. Bəlkə də ən çox cəsarət tələb edən dodaq boyası qırmızı rəngli olanlardır. Eyni zamanda makiyajınızı tamamilə dəyişəcək və sizi günün ulduzuna çevirəcək gücə malikdir. 

Lent.az qırmızı dodaq boyasını çəkməyin qaydalarını təqdim edir: 

Birinci növbədə ölü dəridən qurtulmalıyıq. Pomada çəkməzdən əvvəl dodaqlarınızı pilinq edərək canlandırmağa çalışın. 

Dodağı hazırlama zamanı ən vacib addım təbii ki, nəmləndirmədir. Dodaq balzamı ilə maska edərək onları nəmləndirə bilərsiniz. 

İndi isə ən vacib hissəyə keçirik. "Pomada"nız ilə eyni tonda olan qələm ilə dodaqlarınızın kənarlarını tündləşdirin. Onların daha böyük görünməsi üçün bir az kənara da çıxa bilərsiniz. 

Dodaq boyası seçiminiz tamamilə sizə bağlıdır. Mat, parlaq... İstədiyiniz "pomada"nı dodaqlarınıza tam şəkildə çəkərək doldurun. 

Sonuncu addım qüsurların örtülməsidir. Dodaqların kənarına keçmiş "pomada"nı gigiyenik qulaq çöpləri və ya konsiler (örtücü) ilə aradan qaldıra bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3281

Oxşar yazılar

Üz maskalarının bilinməyən tərəfləri

Üz maskalarının bilinməyən tərəfləri

18 iyun 2025 , 18:06
Hər zaman dəbdə olan  ən yaxşı 5 dırnaq rəngi

Hər zaman dəbdə olan ən yaxşı 5 dırnaq rəngi

15 iyun 2025 , 18:04
Milyonlara satılan dünyanın ən bahalı  3 çantası

Milyonlara satılan dünyanın ən bahalı 3 çantası

14 iyun 2025 , 17:27
Bu  günəş eynəkləri   hətta "lüks" obrazı belə korlayır

Bu günəş eynəkləri hətta "lüks" obrazı belə korlayır

13 iyun 2025 , 13:53
Makiyaj zamanı edilən məşhur səhv  göz quruluğuna səbəb ola bilər

Makiyaj zamanı edilən məşhur səhv göz quruluğuna səbəb ola bilər

13 iyun 2025 , 12:32
Victorias Secret  müflis olmaq üzrədir

Victorias Secret müflis olmaq üzrədir

13 iyun 2025 , 09:39
Makiyaj zamanı  etdiyimiz SƏHVLƏR

Makiyaj zamanı etdiyimiz SƏHVLƏR

11 iyun 2025 , 16:04
Ətir necə düzgün vurulmalıdır - CAVAB

Ətir necə düzgün vurulmalıdır - CAVAB

9 iyun 2025 , 12:00