ABŞ-ın Liviyadakı səfirini yandırıb öldürdülər - YENİLƏNİB-2
ABŞ hökuməti səfir Kristofer Stivensin ölümü ilə nəticələnmiş hücumdan sonra Benqazidəki konsulluğun əməkdaşlarını Liviyadan çıxarıb.
Konsulluq əməkdaşları Almaniyaya köçürülüblər. Həmçinin paytaxt Tripolidəki səfirliyin əməkdaşlarının sayı da azaldılıb. Baş vermiş cinayəti Federal Təhqiqat Bürosu araşdırmağa başlayıb.
Xatırladaq ki, Liviyanın Benqazi şəhərində «Müsəlmanların günahsızlığı» filminə etiraz olaraq keçirilən aksiya zamanı ABŞ-ın bu ölkədəki səfiri və daha 3 diplomat qətlə yetirilib.
***
ABŞ 2 hərbi gəmisini Liviya sahillərinə göndərib.
Bu barədə APA Fox News-a istinadən məlumat verir. Müvafiq qərar Benqazidə ABŞ səfirinin öldürülməsindən sonra qəbul edilib. Həmçinin Liviyaya 50 ABŞ dəniz piyadası da göndərilib.
Fox News-un məlumatına görə, McFaul və Laboon eskadra mina gəmilərinin heyəti istənilən əmri yerinə yetirməyə hazırdırlar. Gəmilər Tomahawk raketləri ilə təchiz olunublar.
***
ABŞ-da çəkilmiş bir filmdə Məhəmməd peyğəmbərin təhqir edilməsinə etiraz edən kütlə bu gücə ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum çəkib.
Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, konsulluq binası atəşə tutulub və yandırılıb.
ABŞ-ın Liviyadakı səfiri Kris Stivens də konsulluq binasında olub. Qısa müddətə Benqaziyə səfərə gələn Kris Stivens və səfirliyin 3 əməkdaşı konsulluq binasında baş verən yanğın nəticəsində həyatlarını itiriblər. “Əl-Cəzirə” onların yanğın zamanı tüstüdən zəhərlənərək öldüyü barədə xəbər yayıb. Liviya daxili işlər nazirinin müavini Vanis əl-Şərif səfir və 3 diplomatın öldürüldüyünü təsdiqləyib. Onun sözlərinə görə, şəxsiyyəti hələ müəyyənləşdirilməmiş bir konsulluq əməkdaşı da hücum zamanı ölüb, konsulluğun 2 əməkdaşı isə yaralanıb.
ABŞ səfiri və digər diplomatların cənazələri Benqazi Hava Limanına gətirilib. Cənazələrin Liviyanın paytaxtı Tripoliyə, oradan da ABŞ-ın Almaniyadakı hərbi bazasına gətiriləcəyi bildirilir.
Qeyd edək ki, Kris Stivens Liviyada üsyan başlayan zaman ABŞ-ın Liviya Milli Şurasına göndərdiyi təmsilçi olub.

Oxşar yazılar

Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
2 avqust 2025 , 22:36
Tehranda su qıtlığına görə daha bir problem: İctimai tualetlər bağlanır
2 avqust 2025 , 15:08
Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56
Trampdan sərt addım - Rusiyanın yaxınlığına iki nüvə sualtı qayıq göndərdi
1 avqust 2025 , 21:57
Tramp 70-ə yaxın ölkəyə yeni tariflər tətbiq etdi
1 avqust 2025 , 06:28
Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı
1 avqust 2025 , 03:47