BP haqqında istintaq başladı
0
0
ABŞ sərt üzünü göstərməyə başlayır
ABŞ hökuməti ölkə tarixində baş verən ən böyük ekolojim fəlakətə görə günahlandırdığı BP-yə qarşı hərəkətə keçib.
Lent.az-ın “Deutsche Welle” jurnalına istinadən verdiyi məlumata görə, ABŞ-ın ədliyyə naziri Eric Holder Meksika körfəzindəki “Deepwater Horizon” neft platformasında baş verən partlayış və dənizə xam neft sızması ilə bağlı istintaq başladığını bildirib.
Ədliyyə naziri deyib ki, olayla bağlı BP-nin bütün məsul şəxsləri dindiriləcək və qanunsuz fəaliyyət üzə çıxarılarsa, dərhal lazımi addım atılacaq. BP ilə bərabər “Deepwater Horizon” platformasında neft hasilatı və platformada iş təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olan “Transocean”, “Halliburton” şirkətləri və “Cameron International” firmalarının da istintaqa cəlb ediləcəyi gözlənilir.
Bu arada BP neft quyusundan körfəzə sızmanın qarşısını almaq üçün dənizaltı robortlarla zədələnmiş boruları kəsərək çıxartmaq, kəsilən yerlərə qapaqlar montaj etmək və nefti tankerlərlə daşımaq üçün yeni cəhdə hazırlaşır. BP-nin bundan əvvəlki cəhdi uğursuz olub.
ABD prezidenti Barak Obamanın enerji məsələləri üzrə məsləhətçisi Carol Brovner isə bildirib ki, zədəli borular kəsildikdən sonra onlara qapaqların yerləşdirilməsi cəhdi yenə uğursuz olarsa, körfəzə neft axını ən azı 20 faiz artacaq və ekoloji durum daha da ağırlaşacaq: “Bu halda yataqda yeni quyu açılana qədər hər gün dənizə 1 milyon 900 min litrdən 3 milyon 600 min litrə qədər xam neft sıza bilər. Bu, böyük narahatlıq yaradan bir durumdur. Yataqda yeni quyu ən tez avqust ayında açıla bilər. BP-nin son cəhdi uğursuz olarsa, ən azı 60 gün milyonlarla litr xam neft Meksika körfəzinə axmaqda davam edəcək".
Qasırğa mövsümünün başlaması isə Luiziana ştatında qorxuya səbəb olub. Mütəxəssislər güclü bir qasırğanın xam nefti Meksika körfəzindən Missipi deltasına daşımasından qorxurlar. Bu il Meksika körfəzində 7-yə qədər qasırğa gözlənilir.

Oxşar yazılar

Məşhur rusiyalı reper Timatini axtarışa verildi
8 sentyabr 2025 , 02:52
Trampdan yeni müharibənin anonsu - Venesuelaya.......
8 sentyabr 2025 , 01:40
Ukrayna baş naziri dağılmış Nazirlər Kabinetinin binasını göstərdi -FOTOLENT -VİDEO -YENİLƏNİB
7 sentyabr 2025 , 18:09
Zelenskidən Rusiyanın gecə hücumu barədə SƏRT AÇIQLAMA
7 sentyabr 2025 , 12:07
Əfqanıstanda qadınlar dağıntılar altında öldü: Taliban əvvəlcə kişiləri xilas etdi
7 sentyabr 2025 , 10:42
Rusiya Kiyevə hücum etdi, hökumət binasında yanğın baş verdi
7 sentyabr 2025 , 08:23
Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
7 sentyabr 2025 , 06:45