“Mercedes” iki avtomobili 56 km/saat sürətlə toqquşdurdu - VİDEO
21 oktyabr 2026 06:31 (UTC +04:00)

“Mercedes” iki avtomobili 56 km/saat sürətlə toqquşdurdu - VİDEO

0

“Mercedes-Benz” şirkəti avtomobillərin təhlükəsizliyini yoxlamaq üçün iki yeni CLA modelinin iştirakı ilə yüksək sürətli yan toqquşma sınağı keçirib.

Lent.az xəbər verir ki, hər iki avtomobil saatda 56 kilometr sürətlə hərəkət edərkən toqquşub. Beləliklə, toqquşma anındakı nisbi sürət 112 km/saata çatıb.

Sınaqda daxiliyanma mühərrikli “CLA Shooting Brake” elektrik mühərrikli CLA modelinin sürücü tərəfinə çırpılıb. Şirkətin məlumatına görə, hər iki avtomobildə sərnişinlərin qorunması yüksək səviyyədə təmin edilib, elektrik avtomobilinin yüksək gərginlikli batareyası isə zədələnməyib.

“Mercedes-Benz” bu sınağın hərəkətdə olan iki seriyalı avtomobil arasında keçirilən ilk ictimai yüksək sürətli yan toqquşma sınağı olduğunu bildirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar