Paris Hiltonu Yaponiyaya buraxmadılar
Lent.az-ın “vesti.ru” saytına istinadən verdiyi məlumata görə, onu Tokio aeroportunda saxlayıblar.
Paris Hilton Yaponiyaya reklam etdiyi ətirlərin təqdimatında iştirak etmək üçün gəlib. Ancaq o, ABŞ-da kokain saxlamaqda təqsirli bilinir və Yaponiya qanunlarına görə də istintaqda olan, yaxud həbsdə yatmış şəxslərin ölkəyə gəlişinə icazə verilmir.
Paris Hiltona 6 saat miqrasiya xidmətinin beynəlxalq terminalında məmurlarla söhbət etməli olub. Yaponlar Hiltondan onları maraqlandıran bütün suallara cavab aldıqdan sonra onu aeroportdakı otelə göndəriblər. Onun pasportuna ölkəyə daxil olmaqla bağlı möhür vurulmayıb.
Paris Hiltonu ABŞ-da 200 saat ictimai işlərdə çalışmaq gözləyir. Məhkəmə onu 2 min dollar da cərimələyib. Hiltonun vəkili Devid Çesnoff bildirib ki, belə mürəkkəb situasiyada heç kim özünü onun kimi apara bilməzdi: “Paris Hilton özünü çox nəzakətlə aparıb”.
Qeyd edək ki, Paris Hilton bu ilin avqustunda saxlanılıb. Onun avtomobilində kokain aşkarlanıb.

Oxşar yazılar

Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22