17 oktyabr gecəsi erməni silahlılarının Gəncəyə atdıqları raketlərdən biri Cavad xan qəsəbəsinə düşərək 1 nəfərin, digəri isə Muxtar Hacıyev küçəsinə düşərək 14 nəfərin həyatını əlindən aldı.
Həmin gecə Əsgərovlar ailəsinin də rahatlığı birdəfəlik pozuldu. Terrorda Sildus Əsgərovanın həyat yoldaşı Suliddin Əsgərov, övladları Bəxtiyar və Sevil, eləcə də 10 aylıq Narin və 15 yaşlı Nigar daxil olmaqla nəvələri həlak oldu.
Ümumilikdə, onun ailəsindən beş nəfər şəhidlik zirvəsinə ucaldı.
Ətraflı APA TV-nin videomaterialında: