Tbilisidən Tehrana təyyarə reysi açılır
Son bir neçə ayda İran Gürcüstanla əməkdaşlıqda əldən verdiyi fürsətin yerin doldurmaq məqsədi ilə münasibətlərin bərpasına, etimadını qazanmağa çalışır.
Lent.az-ın «Novosti-Qruziya» agentliyinə istinadən məlumatına görə, Gürcüstanın «Airzena Georgian Airways» aviaşirkəti oktyabrın 1-dən etibarən Tehrana davamlı aviareyslər həyata keçirəcək.
Qurumun mətbuat xidmətinin başçısı Nino Qiorqobiani bununla bağlı deyib: «Tbilisi-Tehran-Tbilisi reysi üzrə həftədə iki dəfə uçuş olacaq. Ancaq həftənin hansı günləri olacağı hələlik müəyyən edilməyib».
Məlumata əsasən, «Airzena Georgian Airways» bir müddət öncə də Tehrana uçuşlar təşkil etmişdi.
Son aylar Gürcüstan və İran rəsmiləri ikitərəfli münasibətlərin inkişafı ilə bağlı planlarının olduğu barədə açıqlama verib. Bu ilin may ayında isə İran Xarici İşlər Nazirliyinin təmsilçisi Ramin Mehmanpərəst Tbilisiyə səfər etmişdi.
Sədrəddin Soltan

Oxşar yazılar

Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22