
“Forbes” perspektivli şirkətləri açıqladı
0
0
Proqram təminatı tərtibatçıları öndə gəlir
“Forbes” jurnalı ABŞ-ın ən perspektivli şirkətlərindən ibarət növbəti illik reytinqini dərc edib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə. reytinqin birinci pilləsində avtomobil şirkətlərinə, aviaşirkətlərə, eləcədə müxtəlif elektronika istehsalçılarına özünün patentləşdirilmiş proqram təminatını təqdim edən “Vextec” şirkəti yer alıb.
İkinci yerdə “Kerosene And A Match” şirkəti təqdim olunub. “Kerosene And A Match” istifadəçi tərəfindən seçilmiş analoqlara əsasən, internetdə adi axtarış servisləri vasitəsilə tapılmayan qrafiklərin, fotoşəkillərin və video-çarxların axtarıb tapılmasını həyata keçirən edən proqram təminatının işlənib hazırlanması ilə məşğuldur.
Bundan sonra siyahıda “iKnowWare” (müxtəlif qurğular, o cümlədən smartfonlar vasitəsilə istənilən vaxt və yerdən bütün açıq korporativ məlumatlara çıxış təmin edən əlavələr), “Ferrate Treatment Technologies” (gün ərzində 20 milyona yaxın su qallonunu təmizləmək imkanına malik qurğu) və “Weather Trends International” (hava proqnozu və bu sahədə müxtəlif məsləhətlər verən proqram təminatı) şirkətləri yerləşdirilib.
Qeyd edək ki, reytinqin tərtib olunması zamanı şirkətin fəaliyyət göstərdikləri bazarda nüfuzu, təqdim olunan məhsulun dəyəri, rəhbərlərin təcrübəsi və digər müxtəlif amillər nəzərə alınıb
0
0
Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34