İşsiz adam xəzinə tapdı!
0
0
İndi dostuyla 800 min dolları bölüşdürür
İngiltərədə 14 ildir ki, günlərini metal detektoruyla xəzinə axtarmaqla keçirən, heç nəyə nail ola bilməyən və yaxınlarının gülüş hədəfinə çevrilən 55 yaşlı işsiz Terri Herberin son axtarışı Staffordshir bölgəsində bir dostunun ərazisində olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun detektoru birdən səs verməyə başlayıb.
Torpağı qazan Terri Herber 5 kiloqram ağırlığında 650 qızıl və 1,3 kiloqram ağırlığında 530 gümüş parçalarının, çoxlu sayda qiymətli daşların olduğu 1400 illik bir xəzinəylə qarşılaşıb.
İngiltərənin tarix qurumu bu anqlosakson xəzinəsinin arxeoloji baxımdan Tutankamonun məzarı qədər önəmli və dəyərinin 1,5 milyon dollar olduğunu bildirib. Terriyə və ərazi sahibinə bu tapıntıya görə dövlət büdcəsindən 800 min dollar veriləcək. Çünki İngiltərə qanunlarına görə, yaşı 300 ildən çox olan tarixi əsərlər hökumətə təhvil verilməli, onun dəyərinin 50 faizi tapan şəxsə ödənilməlidir.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34