İraq türkmənləri silahlı qüvvə yaratmaq istəyirlər
0
0
“Kürd partiyalarına bağlı təhlükəsizlik qüvvələri, peşmergə dəstələri türkmənlər üçün təhlükədir”
İraq Türkmən Cəbhəsinin (ITC) Kərkük şəhər təşkilatının sədri Erşad Salihi bu gün keçirdiyi mətbuat konfransında kürd partiyalarına bağlı təhlükəsizlik qüvvələri və peşmergə dəstələrinin Kərkükdə və digər mübahisəli bölgələrdə türkmənlər üçün təhlükə olduğunu söyləyib.
Lent.az-ın “kerkuk.net” saytına istinadən verdiyi məlumata görə, Erşad Salihi türkmənlərin özlərini qoruyacaq silahlı qüvvə yaratmaq istədiklərini və bu niyyətlərində qərarlı olduqlarını bildirib.
O, belə bir silahlı qüvvənin yaradılmasının Konstitusiyaya zidd olması ilə bağlı iradlara cavab olaraq deyib ki, bu gün İraqda kürdlərin peşmergə, sünni ərəblərin sahva, şiə ərəblərin Bədir tuqayları kimi silahlı qüvvələri mövcuddur: “İraqda hər kəs öz millətini qoruyur. Bizim qüvvələr də Kərkükdə və digər mübahisəli bölgələrdə türkmənləri qoruya bilməlidir”.
Erşad Salihi yaradılacaq silahlı türkmən qüvvələrinin mərkəzi hökumətin, Bağdadın əmrlərini yerinə yetirəcəyini dilə gətirib: “Kərkükdə bir anlaşılmazlıq olarsa, bu durumdan bütün etnik qruplar zərər görəcək...”.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34