İngiltərədə iranlı mühacir ailə ağzını tikib
2009-cu ilin yayında İran keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyasında iştirak edənlərini bir qismi ölkəni tərk etməyə məcbur olub. Lent.az-ın “MIGnews”ə istinadən məlumatına görə, İranın İngiltərəyə sığınmış 4 vətəndaşı aclıq elan edərək, ağızlarını tikiblər. Buna səbəb Britaniya hakimiyyətin onları geri - Tehrana qaytarmaq niyyətidir.
Onların arasında 16-17 yaşlı yeniyetmə də var. Etirazçılar bildiriblər ki, heç vaxt hakimiyyətə qarşı keçirilmiş nümayişlərdən sonra işgəncə verilən, çeşidli təzyiqlər göstərilən bir ölkəyə qayıtmayacaqlar.
“Britaniyada bizim dərdimizi heç kim dinləmir, heç qulaq asmır. Başqa yolumuz olmadığından ağzımız tikmişik. Burada ölmək yaxşıdır, nəinki geri qayıtmaq” - deyə, 32 yaşlı Kevin Bəhri bildirib.
Xatırladaq ki, ötən ilin sonunda Britaniya məhkəməsi və krallığın sərhəd xidməti İslam Respublikasının vətəndaşı Sadiqi ailəsinin İngiltərədən çıxarılması haqda da qərar qəbul etmişdi.
Məlumata görə, bu ailə 3 il öncə İrandan qaçıb. Onlar İslam Respublikasından qaçmalarını polisin evlərində Salman Rüştünün qadağan edilmiş “Şeytanın şeirləri” kitabını aşkarlaması ilə əsaslandırırlar.
10 yaşlı Mehrşadın olduğu Sadiqilər ailəsi Britaniyadan siyasi sığınacaq almaq məqsədi ilə 3 il bu ölkədə yaşayıb. Ancaq sərhəd xidməti agentliyinin apardığı araşdırmaya əsasən, Sadiqilər ailəsi “İranda çıxmaları şəraitlə bağlı yalan danışıblar”. Bununla belə İcmalar Palatasının 11, Lordlar Palatasının isə 8 deputatı onları bağışlayaraq, Sadiqilərə qaçqın statusunun verilməsini dəstəkləsə də, mühacirlər məhkəməsi ailənin deportasiyası haqda qərar qəbul edib.
Sədrəddin Soltan

Oxşar yazılar

12 körpə öldü - Xəstəxana direktoru işdən çıxarıldı
12 avqust 2025 , 18:20
“Ford” 100 mindən çox avtomobili geri çağırır
12 avqust 2025 , 18:13
Qadın dua edib lotereyadan 2 milyon dollar uddu
12 avqust 2025 , 15:07
Alim Bermud üçbucağı haqqında qısa izah verdi
12 avqust 2025 , 13:52
Müsəlman qadınlara botoks QADAĞASI: yalnız bu şərtlərlə olar
12 avqust 2025 , 12:52
Madonna Papaya müraciət etdi: Mən bir ana olaraq dözə bilmirəm
12 avqust 2025 , 07:45