İlin toyu başladı
29 aprel 2011 15:53 (UTC +04:00)

İlin toyu başladı

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Vestminster Kilsəsinin qapıları açılıb və kilsənin içərisinə ağaclar qoyulub. Nikaha 1900 nəfər qatılıb. Dəvət edilənlərin əksəriyyəti cütlüyün qohumu, tanışı və dostudur. Mərasimə Suriya istisna olmaqla, İngiltərənin diplomatik münasibətləri olduğu bütün ölkələrin səfirləri də dəvətlidir.

Toya dəvət olunanlar arasında məşhurlar, məsələn, müğənni və bəstəkar Elton Con, Devid və Viktoriya Bekhem cütlüyü də var. 1997-ci ildə Parisdə avtomobil qəzasında həyatını itirən şahzadə Uilyamın anası şahzadə Diananın ailəsi də dəvət edilənlər arasındadır.

ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama mayın 24-də Böyük Britaniyaya rəsmi səfər edəcəkləri üçün toya qatılmayıblar. Bəhreyn şahzadəsi Salman Bin Həmid əl-Xəlifə ölkəsində baş verən olaylar səbəbindən Londona getməyib. Böyük Britaniyanın sabiq baş naziri Marqarit Tetcer də xəstəliyi səbəbindən mərasimdə iştirak etmir. Sabiq baş nazir Toni Bleyer və hazırkı baş nazir Devid Kamerona isə dəvət göndərilməyib.

Qeyd edək ki, toyla əlaqədar Böyük Britaniyada istirahət günü elan olunub. Toyda təhlükəsizliyin qorunmasına 5 min polis cəlb olunub. Dünya üzrə 2 milyarda yaxın insanın toyu telekanalların efirindən canlı izləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959

Oxşar yazılar

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

4 avqust 2025 , 06:07
UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

4 avqust 2025 , 04:15
Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50