ABŞ-da 25 yaşlı qız atasına gizli şəkildə böyrəyini verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatında qeydə alınıb.
Delan İvanovski gizli şəkildə atası Cona böyrəyini verib və onun həyatını xilas edib.
Bir il əvvəl Con immun sisteminin həddindən artıq aktivliyinə səbəb olan immunoqlobulin A çatışmazlığından əziyyət çəkməyə başlayıb. Bu da öz növbəsində kişinin böyrəklərinin fəaliyyətinə mənfi təsir göstərib.
Səkkiz aylıq gözləmədən və çoxlu müayinələrdən sonra cərrahlar transplantasiyanı uğurla həyata keçiriblər. Əməliyyatdan sonra atası qızının donor olduğunu öyrənib.