“TasteAtlas”ın “Dünyanın ən yaxşı 100 şorbası” siyahısı açıqlanıb.
Lent.az xəbər verir ki, Türkiyənin Gaziantep vilayətinin məşhur Beyran şorbası siyahıda ikinci pillədə qərarlaşıb.
Siyahıda birinci yeri isə Paraqvayın Vori-vori şorbası tutub. Türkiyədən ümumilikdə iki şorba ilk 20-likdə yer alıb.
1. PARAQ VAY: VORİ-VORİ
Vori-vori Paraqvaya xas olan, qarğıdalı unu və pendirdən hazırlanan kiçik topların adətən toyuq, tərəvəz və göyərtidən ibarət bulyonda bişirilməsi ilə hazırlanan şorbadır.
Vori-vori ölkənin həm kənd, həm də şəhər ərazilərində əsas yeməklərdən biri hesab olunur.
2. TÜRKİYƏ, QAZİANTEP: BEYRAN
Beyran şorbası Qaziantepə xas ənənəvi şorbadır və səhər yeməyində təqdim olunur. Quzu yağı, düyü və didilmiş quzu əti ilə hazırlanır. Tərkibinə sarımsaq, bibər tomatı və quzu suyu əlavə edilərək bişirilir.
Acılığı ilə məşhur olan bu şorba istəyə görə limon dilimləri ilə də təqdim edilir.
3. İNDONEZİYA, CƏKƏRTƏ: SOTO BETAVİ
Soto Betavi adətən limonotu, sarıkök, qalangal, makrut laymının yarpaqları və keşniş kimi müxtəlif ədviyyatlarla zənginləşdirilmiş kokos südlü bulyonda asta odda bişirilən ət və içalat parçalarından hazırlanan doyumlu ət şorbasıdır.
Şorba süfrəyə verilərkən adətən pomidor, yaşıl soğan, şirin soya sousu və empinq krekerləri kimi müxtəlif əlavələrlə təqdim olunur.
DÜNYANIN ƏN YAXŞI ŞORBALARI
4. Yaponiya: Yokohama üsulu ramen
5. Yaponiya: Tonkotsu ramen
6. Filippin: Sinigang na baboy
7. Tailand: Tom kha gai
8. Çin: Lanzhou lamian
9. Finlandiya: Lohikeitto
10. Meksika: Caldo de queso
11. Filippin: Sinigang
12. Türkiyə: Mərcimək şorbası
Mərcimək şorbası qırmızı mərcimək, toyuq suyu, soğan, kartof və kök ilə hazırlanan, Türkiyədə çox sevilən şorba kimi tanınır. Adətən duz, qara istiot, zirə və ya qırmızı bibərlə dadlandırılır.
13. Tayvan: Taiwanese Hot Pot
14. Vyetnam: Phở bò
15. Finlandiya: Kalakeitto
16. İndoneziya: Gulai
17. Meksika: Sopa de lima
18. Portuqaliya: Sopa da pedra
19. Polşa: Barszcz czysty czerwony
20. Macarıstan: Húsleves