"Mançester Siti"nin norveçli ulduzu Erlinq Haaland son paylaşımı ilə türk izləyicilərinin diqqətini çəkib. Məşhur futbolçu səyahət zamanı Lvbel C5-in "TAK TAK TAK" mahnısını dinləyərkən çəkilmiş videosunu "Uber sürücüsü bir neçə möhtəşəm türk mahnısı ilə həyəcanlanır" başlığı ilə paylaşıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu dəfə Erlinq Haaland qolları ilə deyil, musiqi seçimi ilə diqqət çəkib. "Mançester Siti"nin hücumçusu səyahət zamanı dinlədiyi türk mahnısını izləyiciləri ilə bölüşüb.
Haalandın Uber sürücüsü Lvbel C5-in "TAK TAK TAK" mahnısını səsləndirib. Norveçli futbolçu paylaşımına "Uber sürücüsü bir neçə gözəl türk mahnısı ilə ruhlanır" şərhini yazıb.
Milyonlarla izləyicisi olan Haaland, türk mahnısını seçdiyinə görə türk futbol və musiqi pərəstişkarlarından çoxsaylı şərhlər alıb. Norveçli ulduzun türk mahnısını paylaşması izləyiciləri arasında ən diqqət çəkən paylaşımlardan biri olub.