ABŞ hakimiyyəti Fələstin tərəfdarı tələbə etirazlarında iştirak etdikləri və ya ABŞ bayraqlarını yandırdıqları aşkar edilən şəxslərə “Green Card” verməyəcək.
Lent.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
"Yeni təlimatlara əsasən, immiqrantlara siyasi baxışlarını ifadə etdiklərinə, universitetlərdə Fələstin tərəfdarı etirazlarda iştirak etdiklərinə, sosial mediada İsrail haqqında tənqidi yazılar paylaşdıqlarına və ABŞ bayrağını təhqir etdiklərinə görə “Green Card” verilməkdən imtina edilə bilər", - məlumatda deyilir.
Qəzetin məlumatına görə, immiqrasiya rəsmilərinə istənilən yolla antisemitizmi təşviq edən şəxsləri hərtərəfli yoxlamaq tapşırılıb.