ABŞ-ın Karakasa endirdiyi zərbələrdən sonra Venesuela prezidenti Nicolas Maduronun harada olduğu məlum deyil.
Lent.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New York Times” nəşri məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, Venesuela liderinin ətrafındakı şəxslərin bir hissəsi hazırda təhlükəsiz yerdədir.
Həmçinin yerli KİV-lər ölkənin müdafiə naziri Vladimir Padrino Lopezin ölümü barədə məlumat yayıb.
Qeyd edək ki, Venesuelanın paytaxtı Karakasda yanvarın 3-də ən azı yeddi partlayış qeydə alınıb, şəhər üzərindən bir neçə təyyarə və helikopter uçub. Qərb KİV-lərinin məlumatına görə, şənbə səhər saatlarında Karakasın cənub hissəsində, iri hərbi bazanın yaxınlığında elektrik enerjisi kəsilib.