ABŞ Rusiyanı terroru dəstəkləyən ölkə adlandıracaqmı? - Liderlər toplanır...
19 aprel 2022 19:14 (UTC +04:00)

ABŞ Rusiyanı terroru dəstəkləyən ölkə adlandıracaqmı? - Liderlər toplanır...

"ABŞ Dövlət Departamentinin rəsmiləri Rusiyanın Ukraynadakı müharibəyə görə məsuliyyət daşıması üçün əllərində olan bütün materialları, o cümlədən onu terrorizmi dəstəkləyən dövlət kimi tanınması imkanlarını nəzərdən keçirir".

CNN-in məlumatına görə, bu bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.

O, jurnalistlərin Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən belə deyib: 

"Biz faktları diqqətlə öyrənirik. Qanunları diqqətlə nəzərdən keçiririk. Qərar qəbul edilməzdən əvvəl belə bir proses bir neçə həftə çəkə bilər”. 

Xatırladaq ki, aprelin 17-də Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydendən Rusiyanın “Terrorizmi dəstəkləyən ölkələr” siyahısına daxil edilməsini xahiş edib.

ABŞ qanunlarına görə, terrorun sponsoru olan dövlət “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləyən” ölkə sayılır. Hazırda ABŞ-ın siyahısında belə 4 ölkə var: Kuba, İran, Suriya və Şimali Koreya.
 
Rusiya Federasiyasının bu siyahıya əlavə edilməsi sanksiyaların daha da genişlənməsinə rəvac verəcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar bir sıra ölkələrin, o cümlədən Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Polşa Rumıniyanın rəhbərləri ilə təcili məsləhətləşmələr təşkil etmək niyyətindədir.

Görüşdə NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının prezidenti Şarl Mişelin də iştirak edəcəyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2072

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37