ABŞ Yaxın Şərq regionuna dəniz piyadalarının ekspedisiya dəstəsini və əlavə hərbi gəmilər göndərir.
Lent.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın müdafiə naziri Pit Heqset Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) amfibiya-desant qrupunun və ekspedisiya dəstəsinin bölgəyə yerləşdirilməsi ilə bağlı sorğusunu təsdiqləyib.