Hulusi Akar, Türkiyə milli müdafiə naziri
05 fevral 2023 09:17 (UTC +04:00)

Hulusi Akar, Türkiyə milli müdafiə naziri

Akardan Ermənistana MESAJ

“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək tək davam edəcək”.

Lent.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində bildirib.

Nazir bildirib ki, Zəngəzur dəhlizi və oradan keçəcək dəmir yolları və avtomobil yolları regionun iqtisadi, sosial həyatı və təhlükəsizliyi baxımından çox dəyərlidir.

“Ermənistan Cənab İlham Əliyevin və Prezidentimizin uzatdığı sülh əlini tutmalıdır. Onların kənar təsir daiəsində qalaraq xəyallarda olması məntiqi yanaşma deyil. Biz deyirik ki, Ermənistana verilən bu fürsətdən istifadə etsin”, - deyə Hulusi Akar bildirib.

# 1950
avatar

Oxşar yazılar