Şirvanda maskalı oğru 20 minə yaxın pul apardı -  KAMERA GÖRÜNTÜLƏRİ
12 sentyabr 2026 12:59 (UTC +04:00)

Şirvanda maskalı oğru 20 minə yaxın pul apardı - KAMERA GÖRÜNTÜLƏRİ

0

Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar