Atasını güllələdi, tikə-tikə doğrayıb çaya atdı -  DƏHŞƏTLİ QƏTL
17 noyabr 2021 13:43 (UTC +04:00)

Atasını güllələdi, tikə-tikə doğrayıb çaya atdı - DƏHŞƏTLİ QƏTL

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli cinayət törədilib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Generalovlar ailəsində mənzillə bağlı mübahisə düşüb. 36 yaşlı Aleksey Generalov mübahisə zəminində atası Aleksandrı güllələyərək öldürüb. Sonra onu doğrayaraq, çantalara yığıb. Aleksey gecənin düşməsini gözləyib, bundan sonra çantaları Smalenka çayına atıb.

Polis axtarışlar nəticəsində çantalardan birini tapıb. Digər çantanın axtarışları davam edir.

Aleksey Generalov həbs edilib, istintaq işləri aparılır.

# 4116
avatar

Mehman Nəbiyev

Oxşar yazılar