Hakimi  daşla vuran   futbolçuya səkkiz il  cəza
20 noyabr 2026 13:41 (UTC +04:00)

Hakimi daşla vuran futbolçuya səkkiz il cəza

0

Ekvador futbol çempionatının üçüncü divizionunda keçirilən oyunda xətt hakiminə daş atdığına görə "Syudad-de-Yantsasa"nin oyunçusu Con Perlasa səkkiz illik cəza alıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, xoşagəlməz hadisə bir ay əvvəl Ekvadorun ikinci divizionunda "Syudad-de-Yantsasa" və “Rio-Aquariko” arasında keçirilən oyun zamanı baş verib.

Ehtiyat oyunçular arasında olan Perlasa hakimə daş atıb və daş onun üzünə dəyib və ciddi xəsarət alıb. Oyun sonradan dayandırılıb və başa çatmayıb.

Hakim daha sonra əməliyyat olunub və hazırda reabilitasiya mərhələsindədir.

Ekvador Futbol Federasiyasının İntizam Komitəsi oyunçunu günahkar hesab edərək, onu səkkiz il, 2034-cü il oktyabrın 19-na qədər bütün futbol fəaliyyətindən kənarlaşdırıb.

Yerli futbol rəsmiləri bu cəzanın dünya üzrə bütün turnirlərə şamil edilməsini istəyirlər.

"Syudad-de-Yantsasa" klubu 2000 dollar cərimə olunub və zədələnmiş hakimin tibbi xərclərini ödəmək üçün əlavə 4369,73 dollar ödəməli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar