Avtobus aşdı, 22 nəfər öldü
17 avqust 2022 21:05 (UTC +04:00)

Avtobus aşdı, 22 nəfər öldü

Mərakeşin mərkəzində, Xuribqa şəhəri yaxınlığında avtobus qəzaya uğrayıb.

Lent.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər ölüb, daha 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilir.

Polsi qəzanın səbəbini araşdırır.

Xatırladaq ki, bundan əvvəl Mərakeşdə avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olmuşdu.

# 2691
avatar

Oxşar yazılar