Azərbaycan və Ermənistan Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürür
09 avqust 2025 01:06 (UTC +04:00)

Azərbaycan və Ermənistan Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürür

Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcək.

Lent.az xəbər verir ki, bu barədə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuata birgə bəyanatında bildirilib.

Nikol Paşinyan ABŞ Prezidentinə Nobel Sülh mükafatının təqdim ediləcəyi mərasimə dəvət alacaqlarına ümidini ifadə edib.

Prezident İlham Əliyev təklif edib ki, biz Baş nazir Paşinyanla birgə Nobel mükafatının komitəsinə birgə bir təşəbbüs irəli sürsünlər: “Tramp bu mükafata layiqdir”.

Azərbaycan Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində rolunu bir daha xüsusi vurğulayıb: “Heç kəs bu nailiyyətə imza ata bilmirdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar